Təhsil mərkəzində terror: 30 ölü, 60 yaralı

25 Oktyabr 2020 12:37

Əfqanıstanın paytaxtı Kabildəki təhsil mərkəzində terror aktı törədilib.

Milli.Az bildirir ki, AZƏRTAC Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, mərkəzin binasının partladılması nəticəsində 30 nəfər ölüb, 60-ı yaralanıb.

Terror aktına görə məsuliyyəti İŞİD radikal dini qruplaşması öz üzərinə götürüb.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Milli.Az