“Sumqayıt” “Sabah”a, “Qarabağ” “Zirə”yə qarşı

25 Oktyabr 2020 11:16

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sonuncun oyun günündə də iki qarşılaşma baş tutacaq. Bu iki görüşlə həm də çempionatın birinci dövrəsinə yekun vurulacaq.

Hər iki matç Bakıda baş tutacaq. Günün ilk görüşündə "Sabah" "Sumqayıt"la üz-üzə gələcək.

Turun qapanış matçında isə son çempion "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.

İlk oyun günündə "Neftçi" "Keşlə"ni səfərdə 1:0 hesabıyla məğlub edib, "Qəbələ" - "Səbail" matçında qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan Premyer Liqası

VII tur

25 oktyabr

14:00. "Sabah" - "Sumqayıt"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.

Masazır. "Bank Respublika Arena".

16:00. "Zirə" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.

Zirə İdman Kompleksinin stadionu.

Milli.Az