“Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO

25 Oktyabr 2020 10:56

Müdafiə Nazirliyi daha bir video yayıb.

Milli.Az xəbər verir ki, videoda artilleriya bölməsində xidmət edən əsgərin qısa çıxışı təqdim edilib:

"Sentyabrın 27-si başlayan döyüşlərdə mən və əsgər yoldaşlarım mətanət və cəsarətlə döyüşürük. Nailiyyətlərimizin ard-arası kəsilmir. Düşmənin canlı qüvvələri, texnikaları, sursat və avtomaşınlarını məhv edirik. 

Mən və əsgər yoldaşımlarımda ruh yüksəkliyi günü-gündən daha da artır.

Cənab Ali Baş Komandan dediyi kimi, Qarabağ Azərbaycandır!"

Milli.Az