Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb

25 Oktyabr 2020 08:52

Dünyada son sutkada yeni növ koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 465 322 nəfər yeni koronavirusa yoluxub, 6 572 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 42 055 863, ölənlərin isə 1 141 567 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az