Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vuraraq müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib

25 Oktyabr 2020 08:24

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. 

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildiriblər.

"Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib", - məlumatda deyilir.

Milli.Az