Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu

25 Oktyabr 2020 08:02

Rusiyalı Həbib Nurməhəmmədov yüngül çəkidə UFC çempionu adı uğrunda mübarizədə amerikalı Castin Qetjini məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, döyüş UFC 254 turniri çərçivəsində Abu Dabidəki "Döyüş Adası"nda baş verib.

Bu titul müdafiəsi rusiyalı idmançı üçün üçüncü oldu.

Milli.Az