Fati El-klasiko-da yeni rekorda imza atdı

25 Oktyabr 2020 07:44

Futbol üzrə İspaniya La Liqasının 7-ci turu çərçivəsində keçirilən "Real"la oyun "Barselona"nın hücumçusu Ansu Fati üçün əlamətdar olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, gənc futbolçu "el-klasiko"nun tarixinə düşüb.

1:3 hesablı məğlubiyyətə üzülən meydan sahiblərinin yeganə qoluna imza atan futbolçu bu komandaların duellərində fərqlənən ən gənc oyunçuya çevrilib. O, 17 yaş 359 günlüyündə qol vurub. 
 
Bununla da Fati Raula məxsus rekordu yeniləyib. "Real"ın əfsanəsi 1995/96 mövsümündə "Barselona"ya qol vuranda 18 yaş 95 günlüyündə olub. Həmin matç 1:1 hesabı ilə başa çatıb.

Milli.Az