Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN

24 Oktyabr 2020 18:49

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

Milli.Az