Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb

24 Oktyabr 2020 16:57

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında bununla bağlı məlumat paylaşılıb.

Məlumatda bildirilir: "Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk".

Milli.Az