Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan

24 Oktyabr 2020 15:41

Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq erməniləri silahlandırmaqdan başqa heç bir şey etməyib:

"İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mücadilədə qələbə qazanacaqlar. Azərbaycan torpaqları işğal edildiyi zaman lal, kar və kor olanlar vardı, onlar iküzlü və yalançıdırlar".

Ərdoğan vurğulayıb ki, Türkiyə Azərbaycanın azadlıq mübarizəsinə hər cür dəstək verməyə davam edəcək.

Milli.Az