ABŞ-da son sutkada 83 757 nəfər COVID-19-a yoluxub, 943 nəfər ölüb

24 Oktyabr 2020 16:37

BŞ-da sutka ərzində koroavirusa yoluxma göstəricilərində rekord qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son 24 saat ərzində ölkədə 83 757 nəfər koronavirusa yoluxub. Buna qədər ən yüksək göstərici iyul ayında qeydə alınmışdı. O zaman 77 mindən çox şəxs virusa yoluxmuşdu.

Son sutka ərzində, həmçinin 943 nəfər virusun qurbanı olub.

Bu günədək ABŞ-da koronavirusa 8,5 milyona yaxın şəxs yoluxub, 224 min nəfər həyatını itirib.

Milli.Az