Polşa prezidenti koronavirusa yoluxub

24 Oktyabr 2020 13:00

Polşa Prezidenti Ancey Duda koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu prezidentin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, A.Dudanın dünən verdiyi koronavirus testi müsbət nəticələnib. Onun sağlamlıq vəziyyəti barədə digər təfərrüatlar verilməyib.

Milli.Az