Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib - FOTO

24 Oktyabr 2020 09:59

Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Milli.Az