Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi

24 Oktyabr 2020 10:05

Bolqarıstanın Baş naziri Boyko Borisov karantinə alınıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb müavini Nikolay Nankovun koronavirus testinin pozitiv çıxması olub. 

"Nankov mənə COVİD- 19 nəticələrinin müsbət çıxması barədə məlumat verdi. Test verilib, məlumat gözləyirəm. Bu müddət ərzində özümü sosial həyatdan təcrid edəcəm. Biz nazirlə beş gün əvvəl təmasda olmuşuq", deyə Borisov qeyd edib. 

Milli.Az