Ramos "Barselona"ya qarşı oynayacaq

24 Oktyabr 2020 10:02

"Real"ın kapitanı Serxio Ramos zədəsini sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Zinəddin Zidan məlumat verib. O, ispan müdafiəçinin La Liqanın 7-ci turunda "Barselona" görüşdə oynayacağını deyib.

Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - "Real" oyunu Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Milli.Az