Hakimi koronavirusdan sağaldı

24 Oktyabr 2020 09:47

"İnter"in futbolçusu Aşraf Hakimi koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçinin koronavirus testi mənfi çıxıb. Onun tezliklə klubun düşərgəsinə qayıdacağı və Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Şaxtyor"a qarşı oynayacağı bildirilib.

Qeyd edək ki, Hakimi ÇL-də Münhenqladbax "Borussiya"sı ilə oyundan (2:2) əvvəl koronavirus aşkarlanmışdı.

Milli.Az