Polşada dölün xəstəliyinə görə abortu qadağan edildi

24 Oktyabr 2020 08:08

Polşa Konstitusiya Məhkəməsi döldə patologiya aşkarlandıqdan sonra abort həyata keçirilməsi işinə baxıb.

TASS xəbər verir ki, məhkəmə hamiləliyin bu səbəblə dayandırılmasının ölkə konstitusiyasına uyğun olmadığı qərarına gəlib.

Polşa Konstitusiyasının 30-cu maddəsində bir insanın ana bətnindən başlayaraq inkişafının bütün mərhələlərində yaşamaq hüququnun olduğunu bildiriblər.

Polşalı həkimlər də eyni zamanda döl patologiyası halında abort qadağasının qadınların həm fiziki, həm də zehni sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdığı ilə bağlı məhkəməyə müraciət ediblər.

Polşada 1993-cü ildən bəri ananın həyatı və sağlamlığı üçün təhlükə və ya ciddi döl patologiyası olmadığı halda abort qadağandır. Eyni zamanda, ölkədə hamiləlik təcavüz nəticəsində baş verdiyi təqdirdə dayandırıla bilər.

Milli.Az