Bakıda kişi arvadını qətlə yetirib, daha sonra intihara cəhd edib

24 Oktyabr 2020 08:33

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu Mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu yaşadığı mənzildə həyat yoldaşını ailə münaqişəsi zəminində əvvəlcə döyüb. Daha sonra onu qətlə yetirib.

Hadisə yerinə hüquq mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, H.Əsgərov özünə də qəsd etmək istəyib. Lakin vaxtında edilən müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub. H.Əsgərov polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.

Milli.Az