Fransada koronavirusa yoluxanların sayı milyonu keçdi

24 Oktyabr 2020 07:45

Fransa İspaniyadan sonra 1 milyondan çox koronavirusa yoluxma hallarının aşkar edildiyi ikinci Aİ ölkəsi oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa səhiyyə xidmətlərinin məlumatlarında deyilir.

Ölkədə yeni növ virusa yoluxanların ümumi sayı 104.107-yə, ölüm sayı 34.508-ə yüksəldi.Son 24 saat ərzində koronavirus testlərinin təqribən 15 faizi müsbət nəticə göstərdi: 42.032 yeni infeksiya hadisəsi qeydə alındı, 184 COVID-19 xəstəsi öldü.

Oktyabr ayında digər Avropa ölkəsi - İspaniya, koronavirusa 1 milyon yoluxma hadisəsi həddini keçib.

Fransız səlahiyyətliləri virusun yayılmasına qarşı fəal mübarizə aparırlar. Bu gündən, komendant saatı başqa 38 departamentə və Fransız Polineziyasına şamil ediləcək. İndi bu tədbir artıq İl-de-France bölgəsində və ölkənin digər səkkiz şəhərində fəaliyyət göstərir, ilk qanun pozuntusuna görə 135 avro, ikinci pozuntuya görə 3.7 min avroya qədər cərimə var.

Milli.Az