Qarqara məhlulları, uşaq şampunları virusları məhv edir?

24 Oktyabr 2020 19:40

Bəzi qarqara vasitələri, oral antiseptiklər və uşaq şampunları koronavirusu təsirsiz hala gətirir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatındakı Tibb Kollecinin mütəxəssislərinin apardığı tədqiqata görə, bəzi oral antiseptiklər, qarqara vasitələri, eləcə də uşaq şampunları koronavirusu təsirsiz hala gətirə bilir.

Alimlərin apardığı araşdırmanın nəticələri göstərir ki, bu məhsulların tərkibində olan bir sıra maddələr ağızda, burun boşluqlarındakı virus yükünü və ya virus miqdarını azaltmaq üçün çox faydalıdır. Bunların mütəmadi olaraq istifdəsi (ağızın, burun boşluqlarının onlarla yuyulması)  COVID-19 xəstəliyinə səbəb olan koronavirusa yoluxmanı 50 faizədək azalda bilər.

Bildirilib ki, 1 faizlik uşaq şampunu 2 dəqiqədən sonra Covid-19-u 99,9 faiz təsirsiz hala gətirir. Qarqara üçün antispetik vasitələr isə 30 saniyədə virusun 99,9 faizindən çoxunu məhv edir.

Araşdırmaya rəhbərlik edən professor Craig Meyers bildirib ki, peyvəndin hazırlanmasını gözlədiyimiz dövrdə virusa yoluxmanın qarşısını almaq üçün bu kimi metodlara çox ehtiyac var. Qeyd olunub ki, sınaqdan keçirilən məhsullar asanlıqla əldə edilə bilər, onların əksərindən insanlar onsuz da gündəlik istifadə edirlər.

Tədqiqatın nəticələri "Journal of Medical Virology"-də dərc edilib.

Milli.Az