Müdafiə Nazirliyi: "Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir"

23 Oktyabr 2020 23:05

Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir", - məlumatda deyilir.

Milli.Az