Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur"

23 Oktyabr 2020 21:47

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

"Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir", - məlumatda deyilir.

Milli.Az