"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun

24 Oktyabr 2020 16:45

Şirniyyatlar sahib olduqları kalori hesabına çəkini sürətlə artırır. Buna görə də bir çox insan şirniyyat qəbulunu azaltmağa çalışır.

Milli.Az axşam.az-a istinadən istinadən şirniyyat sevən və eyni zamanda arıqlamaq istəyənlər üçün bəzi ipucları verir. Aşağıdakılara əməl etməklə nə çəkiniz artar, nə də özünüzü sevimli şirniyyatlardan məhrum etmərsiniz:

1. Şirniyyatlarınızı yüngülləşdirin - sevdiyiniz şirniyyatın 1 porsionunun yarısını yeyin. Beləliklə, həm şirniyyat yeyərək şəkər ehtiyacınızı ödəyirsiniz, həm də daha az kalori alırsınız.

2. Daha sağlıqlı şirniyyat seçimlərini edin - İçərisində kişmiş olan şirniyyatlardan uzaq durun, çünki onun bir porsionu 500 kaloridir. Onun əvəzinə şirniyyat istəyinizi yatırtmaq üçün daha az kalorili, daha sağlıqlı şirniyyatlar seçə bilərsiniz. Banan, yoqurt və şokolad qırıntılarından edə biləcəyiniz bir porsion şirniyyat orta hesabla 150 kaloridir və sizin üçün çox sağlıqlı bir alternativ olacaq.

3. Meyvələrin təbiiliyindən faydalanın - olduqca aşağı kaloriyə sahib olsalarda tərkiblərindəki yüksək miqdarda lifləri hesabına toxluq hissi verirlər. Bir kasa çiyələk sizə çox şirin gəlməsədə aşağı kalorili bir şirniyyatla qarışdırıb yeyə bilərsiniz. Bu həm təbii və sağlıqlı qidalanmağınıza, həm də kilonuzu stabil tutmağınıza kömək olacaq.

4. Şirniyyatlarınıza tərəvəz əlavə edə bilərsiniz - bu fikir nə qədər qəribə görünsədə olduqca fərqli və ləzzətli olduğunu söyləyə bilərik. Kekslərinizə və kurabiyənizə ispanaq qoyaraq yüngülləşdirə bilərsiniz. Bir dilim ispanaqlı keks ortalama 150 kaloridi və bu da sizin üçün ideal bir dəyərdir.

5. Bişirdiyiniz şirniyyatda şəkər miqdarını azaldın - şirniyat inqridiyentlərində olan şəkərin miqdarını 30-50 % azaltmaq sağlığınız baxımından faydalı olacaqdır. Beləliklə, yüzlərlə kaloriyə qənaət edərək artıq çəki almağa əngəl ola bilərsiniz. İnqridientlərdən şəkər yerinə meyvə püresidə istifadə edə bilərsiniz. Bu çox daha sağlıqlı bir seçim olacaq.

Milli.Az