Uşaqları koronavirusa böyüklər yoluxdurur - Yeni elmi araşdırma

25 Oktyabr 2020 20:35

Covid virusunun uşaqlarda simptpomsuz və yüngül keçirməsi təsdiq olunduqdan sonra hesab edilirdi ki, məhz uşaqlar böyükləri yoluxdurur və virus daşıyıcısıdır.

Milli.Az xəbər verir ki, hətta məktəblərdə şagirdlərdən böyük insanlara virus keçməsi barədə mübahisələr gedirdi.

Lakin Skandinaviya alimlərinin apardığı araşdırma göstərdi ki, bu yanaşma səhvdir. Uşaqları da yoluxduran yaşlı insanlardır. Uşaqlar özlərindən virusu tutmur.

Elmi təsqiqat göstərdi ki, uşaqlarda ACE2 reseptorları minimal olduğu üçün virus hüceyrələrə az daxil olur və xəstəlik yüngül keçir.

Ümumi yoluxanlar arasında cəmi 7-9% uşaqlar təşkil edir. Bu qədər az daşıyıcı virusun yayılmasında rol oynaya bilməz. Əksinə böyüklər yoluxur və uşağa hansısa xəstə yaşlıdan bu virus keçir.

Uşaqlar virusun belə geniş yayılmasında rol oynamır. Uşaqların selikli qişasında, yəni burun və ağzında virus zərrəcikləri çox minimal dərəcədə olur, ona görə onlar infeksiya mənbəyi ola bilməz. /medicina.az

Milli.Az