Rusiya hüquq-mühafizə orqanları adam oğurluğunda təqsirləndirilən Ermənistan vətəndaşını beynəlxalq axtarışa verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İntepolun saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, Yerevanda anadan olan, 1985-ci il təvəllüdlü Sarkis Akopyan adam oğurluğunda təqsirli bilinir.
Onun barəsində həbsli axtarış elan edilib və saxlanılması üçün interpola müraciət olunub.
Milli.Az