Bakının bu hissəsində su olmayacaq

23 Oktyabr 2020 17:33

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Milli.Az-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az