“Dünya çempionatı keçiriləcək” - İnfantino

23 Oktyabr 2020 17:05

FİFA-nın prezidenti Canni İnfantino koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatına təsir etməyəcəyini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurum başçısı mundialın istənilən halda keçiriləcəyini deyib: "Bizim ehtiyat planımız yoxdur. Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var".

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçirilməlidir.

Milli.Az