Azərbaycanlı müğənninin oğlu orduya könüllü yazıldı

23 Oktyabr 2020 15:09

Əməkdar artist Mətanət İsgəndərli sosial media hesabında maraqlı paylaşım edib.

Milli.Az ölkə.az-a xəbər verir ki, sənətçi sosial media hesabında paylaşım edərək orduya yardım edən şəxslərə öz təşəkkürünü bildirib. Üstəlik, o, oğlunun da könüllü orduya yazıldığını qeyd edib. 

"Oğlum da könüllü olaraq adını yazdırıb. Zamanı gəldiyində onu da çağıracaqlar. Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan!"

Milli.Az