Millimizin rəqibləri nə vaxt bilinəcək? - DÇ-2022

22 Oktyabr 2020 23:12

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma tarixi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbir dekabrın 7-də keçiriləcək. Koronavirus pandemiyasına görə püşkatma onlayn olacaq.

Azərbaycan millisi də daxil olmaqla, Avropanın 55 yığması püşkatmada 10 qrupa bölünəcək. Bunların beşində 6, beşində 5 komanda olacaq.

Qeyd edək ki, DŞ-2022-nin seçmə mərhələsi 2021-ci ildə keçiriləcək.

Milli.Az