“Le Figaro”: Azərbaycanın Tərtər şəhəri Ermənistan tərəfindən atəşə tutularaq dağıdılır

22 Oktyabr 2020 19:44

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yaxınlığında yerləşən və 24 min nəfər əhalisi olan Tərtər şəhəri bir neçə həftədir Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və raket atəşinə tutularaq dağıdılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti dərc olunan "Erməni mərmiləri nəticəsində dağıdılmış Tərtərdə" sərlövhəli məqalədə bildirilib. Qəzet bütöv bir səhifəni Tərtərin erməni silahlı qüvvələri tərəfindən dağıdılması barədə yazılara həsr edib.

Nəşrdə Tərtər şəhərində dinc əhalinin ermənilər tərəfindən top atəşinə tutulması, mülki evlərin dağıdılması müfəssəl şəkildə təsvir edilib.

Qəzet azərbaycanlı hərbi ekspert Heydər Mirzənin müsahibəsinə də yer ayırıb. Hərbi ekspert deyib ki, Azərbaycan Ordusunun irəliləməsinə və artan üstünlüyünə mane olmaq üçün Yerevan xarici müdaxiləyə ümid edir.

Milli.Az