"Real" 34 illik antirekordu təkrarladı

22 Oktyabr 2020 19:39

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Şaxtyor"a uduzan "Real" öz tarixinin antirekordunu təkrarlayıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Donetsk klubuna 2:3 hesabı ilə yenilən Madrid təmsilçisi turnirdəki son 3-cü oyunda məğlub olub.

Paytaxt klubu sonuncu dəfə 1986-cı ildə bu halla üzləşmişdi.

Milli.Az