Fransada vağzal təxliyə olunur

22 Oktyabr 2020 19:34

Fransanın Lion şəhərində dəmiryolu vağzalı təxliyə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb vağzal ərazisində şübhəli bağlamanın tapılması olub.

Polis vağzal binasını əhatəyə alıb. Binaya giriş-çıxış bağlanıb. Qatarların hərəkəti dayandırılıb.

Milli.Az