Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib

22 Oktyabr 2020 18:36

Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Milli.Az