ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı - FOTO

22 Oktyabr 2020 18:54

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirib və ballistik raketin 8K14 (ELBRUS/SCUD) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ANAMA-nın "Twitter" hesabında məlumat verilib.

Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Milli.Az