Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? - FOTOREPORTAJ

22 Oktyabr 2020 18:44

Son günlər koronavirusa yolxuma sayında ciddi artım müşahidə olunur.

Milli.Az bildirir ki, Trend-in əməkdaşı bunula bağlı şəhərimizin mərkəzi küçələrində müşahidələr aparıb.

Müşahidələrə əsasə, onu demək olar ki, karantin qaydalarına hər kəs tərəfindən bir mənalı əməl edilmir. Ölkədə baş verən hadisələr fonunda "COVİD-19" reallığının unudluduğu açıq görünür.

Bir daha vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, maskadan istifadə etməyə, sosial məsafəni gözləməyə çağırırıq. Ordumuzun keçirdiyi uğurlu əməliyyatlarına cavab olaraq hər kəs öz üzərinə düşəni etməli, "Covid -19" təhlükəsinin ordumuza keçməməsi üçün əlimizdən gələni etməliyik.

Milli.Az