"Müharibə bitənə kimi Ermənistan mülki əhalini hədəf alacaq"

28 Oktyabr 2020 14:30

Düşünürəm ki, müharibə bitənə kimi Ermənistanın mülki əhalini hədəf alması davam edəcək.

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

"Hər halda nə qədər ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisindədirlər, onlardan başqa şey gözləmək düzgün olmazdı. Gərək özümüzü arxayınlaşdırmayaq. Çünki baxmayaraq ki, ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində qarşı tərəf öz mövqelərini qoyub qaçır. Çox güman ki, bu, uzun çəkməyəcək. Yəni, yaxın bir müddətdə Azərbaycan torpaqları işğaldan azad olunacaq. Amma son həftələr onu göstərir ki, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini, şəhərlərini atəşə tutur, bunun bir müddət belə davam edəcəyini düşünürəm.

Bu təcazvüz bitməsə ...

Amma biz artıq öz dövlət sərhədlərimizə sahib çıxandan sonra bu, artıq açıq təcavüz olacaq. Biz o zaman KTMT, BMT və s. təşkilatlara müraciət etməliyik ki, bu təcavüz bitməsə, o zaman Ermənistan ərazisinə, oradakı hədəflərə atəş açacağıq".

Təhməz Əsədov
Milli.Az