Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

23 Oktyabr 2020 23:00

Bolqar öncəgörücüsü Vanqanın 2021-ci il üçün proqnozlarında bədbin məqamlar çox olsa da, koronavirusun dərmanının tapılacağı barədə məqam var.

Milli.Az xəbər verir ki, Vanqa 2020-ci il üçün konkret olaraq virus xəstəliyi, koronavirus barədə dəqiq bir söz deməsə də, 2020-2021 ci ildə insanların naməlum xəstəliklərdən öləcəyini yazmışdı.

O ki qaldı dərmana, Vanqa onun tapıldığını deyib.

"Dərman var məlumdur, sadəcə onu görmək lazımdır"

Onun öncəgörməsinə görə:

- 2021-ci ildə planetə nəhəng asteriod, səma elementi düşəcək və bu böyük insan itkisinə səbəb olacaq

- Rusiyada demoqrafik partlayış olacaq, rus xalqı ilin bütün ağırlıqlarını, çətinliklərini yaşayacaq

- Yeni xəstəlik olacaq

- İnsanlara müəyyən informasiya ilə psixi təsir edəcəklər, bu psixoloji problemlər yaradacaq

- 2021-ci il bəşəriyyətin sonu olmayacaq. /medicina.az

Milli.Az