Tayson “itlər və müsəlmanlar”a giriş qadağandır yazılan restoranda namaz qıldı - VİDEO

22 Oktyabr 2020 15:48

Məşhur boksçu Mayk Tayson, isveçli Cek Badu və MMA döyüşçüsü Amer Abdallah etdikləri hərəkətlə gündəmə gəliblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müsəlman olan idmançılar ABŞ-ın Kaliforniya ştatında qapısına "itlər və müsəlmanların girişi qadağandır" yazılmış restorana girərək orada namaz qılıblar. 

Bu hadisə səs-küy yaratsa da, onlar bu addımı öz dinlərini qorumaq üçün etdiklərini bildiriblər. 

Milli.Az