Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA - FOTO

22 Oktyabr 2020 12:58

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) "Twitter" hesabında bildirilib.

Agentliyin xüsusi mobil əməliyyat qrupları fakt tapma missiyasını icra edib və raketin ballistik 8K14 olduğunu müəyyən edib (ELBRUS/SKUD).

Milli.Az