Erməni mətbuatı Sərdar Ortacın hərbi geyimli şəklini paylaşıb, "Azərbaycan hərbiçisini öldürdük" yazdı - FOTO

22 Oktyabr 2020 12:52

Döyüş meydanında məğlub olan düşmən xalqını "qələbə"yə inandırmaq üçün müxtəlif vasitələrə əl atmağa davam edir.

Milli.Az haberler-ə istinadla bildirir ki, bir müddət əvvəl kompüter oyunlarını döyüş səhnəsi kimi təqdim edən ermənilər bu dəfə də Türkiyənin məşhur müğənnisi Sərdar Ortacın şəklini paylaşaraq öldürülmüş Azərbaycan hərbiçisi kimi təqdim ediblər.

Bu barədə məlumat Ermənistanın İctimai Radiosunun saytında yerləşdirilib.

Qeyd edək ki, Sərdar Ortacın fotosu 2000-ci ilə aiddir.

Emin
Milli.Az