Gəncə terroru olmasaydı... - FOTO

22 Oktyabr 2020 11:18

Ermənilərin oktyabrın 17-də gecə radələrində Gəncəni atəşə tutması nəticəsində ortaya çıxan dəhşətli mənzərə fərqli formada təqdim olunub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, karikatura ustası Elmail Qulami qətliam qurbanları və terrordan əziyyət çəkən vətəndaşların fotolarının illüstrasiyasını hazırlayıb.

Fotolarda dayısının qucağında torpağa tapşırılan 10 aylıq Narin, yuxuda olarkən öldürülən 1 yaşlı Mədinə, övladını deyil, onun fotosunu tapan çarəsiz ata,  5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ah-nalə edən yaşlı xanım əks olunub. Əgər Gəncə qətliamı olmasaydı, onların hər biri həyatına davam edəcəkdi...

Milli.Az