“İndi ödəyin 90-lardakı əclaflıqların bədəlini...”

22 Oktyabr 2020 14:19

Ermənilərin ən böyük problemi odur ki, 1-ci Qarabağ müharibəsini sırf öz döyüşçüləri hesabına qazandıqlarına inanırlar. Halbuki 90-larda ermənilər üçün vuruşan rusların müsahibələri var ki, "ermənilər azərbaycanlıları görəndə silahı qoyub qaçırdılar" kimi ifadələr səslənir.

Milli.Az mediapost-a istinadla xəbər verir ki, bu sözləri reper Orxan Zeynallı (Aid) sosial media hesabında yazıb.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın millətini könüllü dəstələr yaratmağa çağırması barədə fikirlərinin nəticə verməyəcəyini bildirib:

"İndi Paşinyan deyir ki, könüllü dəstələr yaradın. Elə bilir ermənilər də "Gəncə Batalyonu", "Lənkəran Batalyonu", nə bilim "Bozqurdlar" kimi dəstələr yaratma iqtidarındadırlar. 10-15 nəfər əldə silahla erməni ordusunun başına oyun açırdı o vaxt. Qurban olasınız ruslara və onlara işləyən daxildəki satqınlara ki, o cür oğullar o vaxt şəhid oldu. İndi isə heç cür məğlubiyyətlə razılaşmırlar. Gah deyirlər türklər döyüşür, gah Suriyanı qatırlar, gah da üzə dururlar ki, torpaq zad verilməyib, biz qalib gəlirik. Bəs bilmirdiniz ki, rusun "tırkası" və ən əsası əli ilə o vaxt üstümüzə gələndə, dövr dəyişəcək və rusdan sizə qalan ancaq "tırka" olacaq? İndi ödəyin 90-lardakı əclaflıqların bədəlini. Solovyov və Los Angelesdəki ABŞ vətəndaşı olan ermənilər gəlsin döyüşsün görək dilləri qədər uzun başqa nələrisə də varmı?!"

Milli.Az