Əriştədən bir ailənin 9 üzvü öldü

22 Oktyabr 2020 11:07

Əriştədən bir ailənin 9 üzvü ölüb.

Milli.Az bildirir ki, 1 il soyuducuda saxlanılan xəmirdən əriştə bişirib yeyən 9 nəfər zəhərlənərək ölüb.

Hadisə Çində baş verib. Onların ölümünə bongrek turşusu səbəb olub.

Zəhərlənənlərdən biri 17 gün ölümlə mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sözügedən turşu uzun müddət saxlanılan xəmirdə və xarab olmuş göbələklərdə yaranır.

İsmayıl
Milli.Az