Milli Məclisdə işğaldan azad edilmiş Vəng kəndinin Çinarlı kəndi adlandırılması müzakirə ediləcək

22 Oktyabr 2020 10:39

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.

Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.

Milli.Az