Yunanıstan irəlilədi, Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqi

22 Oktyabr 2020 10:34

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Çempionlar Liqasının qrup mərhələsinin I turunun ikinci günündən sonra cədvəldə cüzi dəyişikliklər olub.

Əsas dəyişikliklər xal hesablarında əksini tapıb. Cədvəldəki yeganə yerdəyişmə Yunanıstan və İsveçrə arasında olub. Ellada təmsilçisi 17-ci sıraya yüksəlibsə, isveçrəlilər bir addım geriləyib.

Cədvəlin ilk pilləsində 81,712 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır. 26-cı pillədə qalan Azərbaycanın hesabında 16,250 xal var. Ölkəmiz bu gün Avropa Liqasında meydana çıxacaq "Qarabağ"ın "Makkabi" ilə İsraildəki matçında xal hesabını artıra bilər.

Milli.Az