Millidə yeni baş məşqçi

22 Oktyabr 2020 08:28

Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Ştefan Tarkoviç çalışdıracaq. Bu barədə Slovakiya Futbol Federasiyası məlumat yayıb. 47 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Pavel Hapalı əvəz edib.
 
Tarkoviç 2018-ci ildə də bu komandanı qısa müddət çalışdırıb. Ondan öncəki beş il ərzində isə o, millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Milli.Az