Gədəbəy sakini naməlum şəraitdə bıçaqlanıb

22 Oktyabr 2020 08:23

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Məmmədov Rövşən Elşən oğlu kürəyinin və qarnının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

23 yaşlı oğlanın hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az