Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır

21 Oktyabr 2020 22:35

Polşa koronavirus infeksiyasının üçüncü dalğasına hazırlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Mateuş Moravetski deyib.

O bildirib ki, bu, COVID-19-a qarşı dərmanın tapılıb tapılmamasından asılı olacaq:

"Biz indi təhlükəli mənzərə ilə, koronavirusun ikinci dalğası ilə üz-üzəyik. Ola bilər ki, üçüncü dalğa da bizi gözləsin".

Qeyd edək ki, bu günədək Polşada 192 mindən çox şəxs koronavirusa yoluxub, 3,7 min nəfər həyatını itirib.

Milli.Az