Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işgaldan azad edilib

21 Oktyabr 2020 20:27

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi "Tvitter" səhifəsində bildirib.

Milli.Az