Ermənistan Türkiyədən məhsul idxalını dayandırır

21 Oktyabr 2020 19:44

Ermənistan Türkiyədən məhsul idxalına müvəqqəti qadağa tətbiq edir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabineti oktyabrın 21-də müvafiq qərar imzalayıb.

İdxal qadağası dekabrın 31-dən qüvvəyə minəcək. Qadağanın qüvvədə olacağı müddət barədə məlumat verilmir.

Qeyd edək ki, 2019-cu ildə Ermənistan Türkiyədən 270 milyon dollara yaxın məbləğdə məhsul idxal edib.

Milli.Az